Joze Alesio Da Silva:Bu çox pis haldır - Müsahibə
Futzal üzrə Yüksək Liqanın son turunda "Araz" - "Xəmsə" görüşü baş tutmadı. Sportfm.az baş tutmayan oyunla bağlı yığmamızın və "Araz"ın baş məşqçisi Joze Alesio Da Silvanın fikirlərini öyrənib:"Təbii ki, belə olması xoşagələn deyil. Axı biz həftə ərzində oyuna hazırlaşmışıq. Planlarımıza belə situasiya baş verəcəyi daxil deyildi. Üstəlik, Tyaqonun bu matçda bombardirlər yarışında birinci yerə çıxmaq şansı vardı. Siz indi təsəvvür edirisiniz ki, biz iki həftə yalnız məşqlə kifayətlənməli olacağıq. Bu matç baş tutmadı. Növbəti həftə isə Novruz Bayramı olduğu üçün turun görüşləri keçirilməyəcək. 15 gün rəsmi qarşılaşmaya çıxmamaq çox pis haldır".
Qeyd edək ki, hazırda Naxçıvan təmsilçisi 17 oyundan sonra 49 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
“Araz-Naxçıvan” üçün prestij matçı
Joze Alesio narazı qalıb: "Belə oynamamalıyıq"
"Qrupumuzun favoriti "Benfika"dır" - Joze Alesio Da Silva
Yığmamızın baş məşqçisi: Klub prezidenti belə qarar verdi - MÜSAHİBƏ
Joze Alesio Da Silva: "Əlbəttə bu fiaskodur" - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası