"Qrupumuzun favoriti "Benfika"dır" -Joze Alesio Da Silva
“Çətin qrupda yer aldğımızı deyə bilərəm. “Benfika” Portuqaliya çempionatının qalibidir. Özü də onlar pley-offda Çempionlar Liqasının son qalibi “Sportinq”i məğlub ediblər”.
Sportfm.az xəbər verir ki, bunları “Araz”ın baş məşqçisi Joze Alesio Da Silva Çempionlar Liqasının püşkatmasını dəyərləndirərkən deyib. 51 yaşlı braziliyalı mütəxəssisin Naxçıvan təmsilçisinin “Benfika” (Portuqaliya), “Halle Gooik” (Belçika) və “Xerson”la (Ukrayna) birgə yer aldığı 2-ci qrupun favoritini də açıqlayıb: “Nəticələrə əsaslanıb, “Benfika”nın favorit olduğunu vurğulaya bilərəm. Belçika təmsilçisi də güclü komandadır. “Halle Gooik” ardıcıl 3 mövsümdür ki, ölkə çempionu olur. Üstəlik, elit-raunda da yüksəlib. Reytinq cədvəlində də üst sıralarda qərarlaşıb. Həm də qrup oyunlarına evsahibliyi edəcəklər. Ukrayna təmsilçisi də asan rəqib deyil. “Xerson” çempionatlarında aşkar favorit hesab edilən “Uraqan”ı “taxtdan” saldı. Heyətlərində 4-5 braziliyalı oyunçu var. Komandaya ispan baş məşqçi rəhbərlik edir. Bir sözlə, güclü rəqiblərlə qarşılaşacağıq. Bununla rəqiblərimizi böyüdüb, özümüzü kiçiltmirəm. “Araz” da rəqibləri üçün çətin komandadır”.
Azərbaycan millisinə də rəhbərlik edən Joze Alesio “Araz”ın mərhələ adlamaq üçün yaxşı şansının olduğunu deyib: “Çünki əvvəlki 2 ildən fərqli olaraq bu dəfə A yolunda mübarizə aparacağıq. Deməli, qrupumuzdan 3 komanda elit-raunda yükələcək. Bir qələbə qazanmaqla bu şansı böyük ölcüdə əldə edəcəyik. Digər yandan, heyəti formalaşdırmalıyıq. Hazırda “Araz”ın heyətindəki oyunçuların sayı azdır. Əlbəttə, keyfiyyətli futzalçılarla güclənməliyik. Planlarımız var. Yaxşı hazırlaşmalı, şansımızı qaçırmamalıyıq”.
Qeyd edək ki, 2-ci qrupun oyunları oktyabrın 8-dən 13-dək Belçikada keçiriləcək.
Oxşar xəbərlər
İki oyuna 12 top buraxan "Araz"ın baş məşqçisi: "Son matçda da “döyüşəcəyik”
"Araz" Çempionlar Liqası üçün sifariş vərəqini UEFA-ya göndərdi
“Araz”ın oyunlarının təqvimi məlum oldu - SİYAHI
Yığma komandamızın baş məşqçisi püşkü dəyərləndirdi: "Rəqiblərimizi böyüdüb, özümüzü kiçiltmirəm"
Azərbaycan çempionunun rəqibləri müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası