

Joze Alesio narazı qalıb:"Belə oynamamalıyıq"
“Çox çətin oyun oldu. Qələbə qazansaq da, komandamın oyunundan razı qalmadım”.
Sportfm.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Joze Alesio da Silva Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Yunayted Qalati” ilə keçirilən oyunu dəyərləndirərkən deyib.
Braziliyalı mütəxəssis azfutzal.az-a açıqlamasında 5:3 hesablı qələbəyə baxmayaraq, istədikləri oyunu sərgiləmədiklərini etiraf edib: “Ola bilsin, “Uraqan”a qarşı çox güc sərf etdik, onun yorğunluğundan irəli gəlsin. Başlanğıc yaxşı oldu. Ardıcıl iki qol vurduq. Bunun davamını da gətirə bilərdik. Şanslarımız oldu. Sonra ötürmələrdə çoxlu səhvlərə yol verdik. Uşaqlar istəkli idilər, qələbə qazanmaq üçün çalışdılar. Ancaq səhvlərdən də qaça bilmədik. Həm də bu gün Rumıniya təmsilçisinin iki futzalçısı bizə qarşı oynamadı. Biri zədəli, digəri cəzalı idi. Uşaqlar bunu bilirdilər. Bu da görünür onlarda arxayınlıq yaratdı, konsentrasiyanı itirdik. Çox işləməliyik. Belə oynamamalıyıq. Nizam-intizam çox vacibdir. Udmaq da olar, uduzmaq da. Amma düzgün oynamaq, intizama riayət etmək lazımdır. Yenə deyirəm, düzəltməli olduğumuz məqamlar var”.
Joze Alesio da Silva qrupdakı durumlarına da toxunub: “Qrupdakı vəziyyətlə bağlı indi bir söz deyə bilmərəm. Günün ikinci oyununun nəticəsindən çox şey asılıdır. Ona görə də son matça da qələbə qazanmaq üçün çıxacağıq”.
Qeyd edək ki, “Araz-Naxçıvan” qrupda son oyununu oktyabrın 31-də Kosovo təmsilçisi “Liqeni”yə qarşı keçirəcək.
Oxşar xəbərlər
“İspaniya ilə oyunda az səhvə yol verdik” - Joze Alesio Da Silva
"Araz-Naxçıvan" Ukrayna klubuna qarşı - Çempionlar Liqası
"Uşaqlar yorğun idilər, düzgün düşünüb, icra edə bilmədilər" - Joze Alesio
Joze Alesio:"Bu gün daha yaxşı oynadıq"
Alesio da Silva:“Komandamın oyunundan razı qaldım”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Qarabağ”ın daha 4 futbolçusu millidə
-
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
-
Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
-
"AFFA rəhbərliyinə təşəkkür edirəm" - Ayxan Abbasov
-
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
-
"Mingəçevir" 4-cü qələbəsini qazandı