reklam
Ferqüsson Azərbaycanı təmsil edəcək
Sportfm.az xəbər saytı

Ferqüsson Azərbaycanı təmsil edəcək


“Dostluq üçün futbol” turnirində Azərbaycanı təmsil edəcək nümayəndə müəyyənləşib.

Sportfm.az xəbər verir ki, Moskvada keçiriləcək “Dostluq üçün futbol” (Football for Friendship) turnirində Azərbaycanı təmsil edəcək nümayəndə müəyyən edilib. Mötəbər turnirdə ölkəmizi 12 yaşlı Conatan Ferqüsson təmsil edəcək. Gənc futbolçu qapıçı kimi çıxış edəcək. Ferqüsson Kosta-Rika, Qırğızıstan, Sent-Lüsiya, Laos və Kamar adalarından olan gənc oyunçularla birlikdə mübarizə aparacaq. Azərbaycandan Moskvaya gənc jurnalist kimi Rəna Əliyeva da göndəriləcək. Layihənin məqsədi – uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdir. İştirakçıların dəstəkləyib irəliyə apardığı əsas dəyərlər – dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir. Xatırladaq ki, 2017-ci ildə Azərbaycanı təmsil edən Rəvan Kazımov turnirin qaliblərindən biri olub. “Qazprom” İSC-nin himayədarlığı ilə “Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı 2013-cü ildən keçirilir.

Qeyd edək ki, Conatan Ferqüsson 2005-ci ildə Bakıda doğulub.


 

 

Oxşar xəbərlər

Azərbaycanlı məşqçi Madridə yola düşdü - FOTO
“Sabah” Madridə gedəcək heyəti bilindi
“Dostluq üçün futbol” turnirində Azərbaycan təmsilçisi də iştirak edəcək
Azərbaycanlı futbolçu “Dostluq üçün futbol” layihəsinin qalibi oldu - FOTO
"Qarabağ"ın futbolçusu Qara Qarayevə medal verildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər