Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanlı futbolçu “Dostluq üçün futbol” layihəsinin qalibi oldu - FOTO
Qusarın "Şahdağ” futbol klubunun yetirməsi Rəvan Kazımov Sankt-Peterburqda "Dostluq üçün futbol” layihəsinin beşinci mövsümü çərçivəsində keçirilən turnirin qalibi olub.
Sportfm.az xəbər verir ki, 12 yaşlı futbolçu Sinqapur, İspaniya, Boliviya, Bolqarıstan, Argentina, Çexiya və Liviyadan olan yeniyetmələrlə bir komandada oynayıb. Sloveniyadan olan məşqçi komandaya rəhbərlik edib. Komanda şərti olaraq "Narıncı” adına layiq görülüb.
Final oyununda Narıncı Bənövşəyi komandasını 4:3 hesabı ilə məğlub edib. Bütün iştirakçılar Rusiyanın Futbol İttifaqı tərəfindən medal, diplom və xüsusi mükafata layiq görülüb.
Oyunlar dostluq və bərabərlik şüarı altında keçirilib. Turnir öz bayrağı altında 64 ölkədən olan futbolçuları toplayıb. 12 yaşlı oğlan və qızlar 8 beynəlxalq dostluq yığmasını birləşdirirdi. Layihənin növbəti iştirakçıları olan gənc mütəxxəsislər məşqçi rolunu oyanırdı.
Qeyd edək ki, "Dostluq üçün futbol” layihəsi "Qazprom”un dəstəyilə 2013-cü ildən keçirilir. Layihə dünyanın müxtəlif millətləri, müxtəlif yaşlarında və müxtəlif fiziki imkanlarında olan gəncləri birləşdirir. Layihənin məqsədi – uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdir.
Mənbə:Rekord.az
Oxşar xəbərlər
Azərbaycanlı mütəxəssis ilin məşqçisi adına layiq görülüb
Azərbaycanlı məşqçi Madridə yola düşdü - FOTO
Ferqüsson Azərbaycanı təmsil edəcək
“Dostluq üçün futbol” turnirində Azərbaycan təmsilçisi də iştirak edəcək
"Qarabağ"ın futbolçusu Qara Qarayevə medal verildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











Misli Premyer Liqası