reklam
Azərbaycan Kubokunun finalı 28 mayda keçiriləcək
Sportfm.az xəbər saytı

Azərbaycan Kubokunun finalı 28 mayda keçiriləcək


Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovla Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev arasında görüş keçirilib.

Sportfm.az xəbər verir ki, işgüzar görüş zamanı milli komandamızın qarşıdakı oyunlarının təqvimi müzakirə edilib. Yığmamızın 29 mayda Qırğızıstan millisi ilə yoldaşlıq görüşü  keçirəcəyinə baxmayaraq, Azərbaycan Kubokunun final görüşünün vaxtında hər hansı bir dəyişiklik edilməyəcək. Belə ki, Azərbaycan Kubokunun 2017/2018-ci illər mövsümünün final oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi 28 may Respublika günündə baş tutacaq. 
Millimizin mart toplanışı və 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq futbol təqvimində müəyyən dəyişiklik ediləcək. Bu barədə məlumat yaxın günlərdə saytımızda yerləşdiriləcək.  

Oxşar xəbərlər

PFL final oyununun vaxtını dəyişdirdi - AFFA-nın istəyi ilə
PFL təqvimdə dəyişiklik etdi
Azərbaycan Kubokunun final oyunu Respublika gününə düşməyəcək
Kubok oyunlarının vaxtı dəyişir - AÇIQLAMA
Azərbaycan Kubokunun püşkü atıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər