reklam
Azərbaycan Kubokunun püşkü atıldı
Sportfm.az xəbər saytı

Azərbaycan Kubokunun püşkü atıldı


Bu gün Azərbaycan Kubokunun 2017/18 mövsümünün püşkü atıldı. Topaz Premyer Liqasının 8, Azərbaycan I Divizionunun 10 komandasının iştirak edəcəyi yarışın püşkatma mərasimi AFFA-nın inzibati binasında reallaşdı.

Sportfm.az xəbər verir ki, mərasimdə klub nümayəndələri, jurnalistlər iştirak etdilər.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev qonaqları salamladıqdan sonra püşkatma mərasimi keçirildi.
Qeyd edək ki, Azərbaycan Kuboku yarışı 1/16 final mərhələsindən başlanacaq. Yarışın ¼ final mərhələsindən etibarən oyunlar ev-səfər prinsipi əsasında baş tutacaq. Azərbaycan Kubokunun 2017/2018-ci illər mövsümünün final oyunu 28 may Respublika günündə baş tutacaq.

2017/2018-ci illər mövsümü
Azərbaycan kuboku

 

1/16 final (11 oktyabr)

1. “Ağsu” - “Mil-Muğan”

2. MOİK - “Turan Tovuz”

 

1/8 final (29 noyabr)

3. “Qəbələ” – 1-ci cütün qalibi

4. “Şüvəlan” - “Səbail”

5. “Zirə” - “Xəzər”

6. “Neftçi” - “Zaqatala”

7. 2-ci cütün qalıbi - “İnter”

8. “Kəpəz” - “Binə”

9. “Qarabağ” - “Qaradağ Lökbatan”

10. “Sumqayıt” - “Sabah”

 

1/4 final (10-11/14-15 dekabr)

11. 3-cü cütün qalibi - 4-cü cütün qalibi

12. 5-ci cütün qalibi - 6-cı cütün qalibi

13. 7-ci cütün qalibi - 8-ci cütün qalibi

14. 9-cu cütün qalibi – 10-cu cütün qalibi

 

1/2 final (11/18 aprel)

15. 11-ci cütün qalibi – 12-ci cütün qalibi

16. 13-cü cütün qalibi – 14-cü cütün qalibi

 

Final (28 may)

17. 15-ci cütün qalibi – 16-cı cütün qalibi

Oxşar xəbərlər

Azərbaycan kubokunda 2023/2024 mövsümünün püşkü atıldı
Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək
Azərbaycan Kubokunun püşkü atıldı
EKOL "Gilan"a rəqib oldu - YENİLƏNİB
İlk tura Bakıda start veriləcək - Birinci Divizionun təqvimi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər