Kubok oyunlarının vaxtı dəyişir -AÇIQLAMA
Azərbaycan kubokunun təqvimində dəyişiklik ediləcək.
Sportfm.az xəbər verir ki, buna səbəb Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla 11 aprel tarixində növbədənkənar prezident seçkilərinin elan edilməsidir.
Belə ki, Peşəkar Futbol Liqası Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarını 11 aprel tarixinə planlaşdırıb. Ancaq həmin gün prezident seçkiləri keçiriləcəyindən PFL təqvimdə dəyişiklik etmək məcburiyyətində qalıb.
PFL-in mətbuat xidmətinin verdiyi məlumata görə, PFL artıq bu məsələdən xəbərdardır. Dəyişikliklə bağlı ilkin müzakirələr aparılıb. Yekun iclas isə bu günün sonunda təşkil ediləcək.
Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qəbələ” “Neftçi” ilə, “Keşlə” isə “Sumqayıt”la qarşılaşacaq.(publika.az)
Oxşar xəbərlər
Yarımfinalın cavab matçlarının vaxtı dəqiqləşdi - Azərbaycan Kuboku
Premyer Liqa və ölkə kubokunun tam təqvimi - SİYAHI
PFL təqvimdə dəyişiklik etdi
Azərbaycan Kubokunun finalı 28 mayda keçiriləcək
Azərbaycan Kubokunun final oyunu Respublika gününə düşməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










.jpg)




Misli Premyer Liqası