Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanı Rio-2016-da təmsil edəcək cüdoçular müəyyənləşib
Rio Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan tatami ustalarımızın heyəti açıqlanıb. Sportfm.az xəbər verir ki, baş məşqçi Peter Zayzenbaxer 2 çəkidə seçimini Beynəlxalq Cüdo Federasiyasının reytinqində daha yüksək mövqedə qərarlaşanların xeyrinə edib. Avstriyalı mütəxəssis Rio-2016-ya 60 kq-da Orxan Səfərovu, 100 kq-da Elmar Qasımovu aparmağı qərara alıb. Nəticədə, mübafiq olaraq İlqar Müşkiyev və Elxan Məmmədov "dördilliy”in zirvə yarışından kənarda qalıblar.
Digər çəkilərdə Azərbaycanı Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (+100 kq) təmsil edəcəklər. 31-ci Yay Olimpiya Oyunlarının proqramına əsasən cüdo yarışları iyulun 6-12-də keçiriləcək.
Oxşar xəbərlər
Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb
Beynəlxalq Cüdo federasiyası yeni reytinq cədvəlini açıqlayıb
Rio-2016: Cüdo üçün püşk atıldı - FOTO
Rövnəq Abdullayev milli komandamızın üzvləri ilə görüşüb...FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası