Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Sportfm.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Rio Olimpiya Oyunlarında Azərbaycana gümüş medallar qazandıran Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəki dərəcələrində liderliklərini davam etdirirlər. Hər iki cüdoçumuz bütün rəqiblərini qabaqlayaraq reytinq cədvəlində birinci yeri tuturlar. 2016-cı il Avropa çempionatının gümüş mükafatçısı Orxan Səfərov (60 kq) 2-ci pillədə qərarlaşıb. 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Nicat Şıxəlizadə daha 2 pillə geriləyərək 12-ci yerde gedir. Elxan Məmmədov (100 kq), İlqar Müşkiyev (60 kq), Məmmədəli Mehdiyev 90 kq) müvafiq olaraq 7-ci, 14-cü, 20-ci yeri tuturlar.
Ağır çəkili cüdoçumuz Uşangi Kokauri isə reytinq cədvəlinin 18-ci pilləsindədir.
Oxşar xəbərlər
Cüdoçularımız reytinq cədvəlinə başçılıq edir - Avropa Cüdo İttifaqı
Cüdoçumuz dünya reytinq cədvəlində liderliyini qorudu
Rüstəm Orucov liderliyini davam etdirir
Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu
Beynəlxalq Cüdo federasiyası yeni reytinq cədvəlini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası