"Dul qadınsan, zalda nə işin var?" sözlərini qulaqardına vurdu, ölkə çempionu oldu -Həyat hekayəsi
Türkiyədə həyat yoldaşını və övladlarını itirən 30 yaşlı Gülsüm Özen böyük uğura imza atıb.
Sportfm.az saytı xəbər verir ki, kitabxanada çalışan qadın bir müddət öncə ərinin və övladlarının vəfat etməsi ilə barışmalı olub. Başına gələn bu dəhşətli hadisədən sonra yaxınlarının qarşı çıxmasına baxmayaraq, kik-boksla məşğul olmağa başlayıb. 2007-ci ildə dünyaya gətirdiyi əkiz övladları 2 yaşında kəskin ürək çatışmazlığı nəticəsində dünyasını dəyişən qadının, həyat yoldaşı Altay Özen 2012-ci ildə baş vermiş faciəvi avtomobil qəzasında haqq dünyasına qovuşub. Məhz ondan sonra bütün acılara sinə gərərək idman zalına gələn və məşq etməyə başlayan Gülsüm xanım 8 fevralda start götürən kik-boks üzrə Türkiyə çempionatında bütün rəqiblərinə üstün gələrək, qızıl medal qazanıb. Çoxlarının "dul qadınsan, zalda nə işin var?" deməsinə önəm verməyən Özenin ən böyük hədəfi beynəlxalq yarışlarda Türkiyəni təmsil etməkdir.
Oxşar xəbərlər
Veteren futbolçunun həyat yoldaşı da dünyasını dəyişdi - 18 gün sonra
Fantastik fırıldaq - ölən futbolçu Almaniyada yaşayır
“Şalke”nin futbolçusu sağ çıxdı - Həyat yoldaşı sığorta pulu aldı
Dünya Cüdosunun əfsanəsi Bakıya gəldi - FOTO
Sabiq dünya çempionu dünyasını dəyişdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO














Misli Premyer Liqası