Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Şalke”nin futbolçusu sağ çıxdı -Həyat yoldaşı sığorta pulu aldı
2016-cı ildə avtomobil qəzasında dünyasını dəyişdiyi deyilən “Şalke” klubunun futbolçusu Hianik Kamba sağdı.
Sportfm.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Xəbərdə, Kambanın hazırda Almaniyanın Rur bölgəsində yaşadığı bildirilir. Kamba, hazırda energetika şirkətində kimya mühəndisi vəzifəsində çalışır.
2016-cı ildə dostlarıyla birlikdə Konqoya gedən Kambanın avtomobil qəzasında dünyasını dəyişdiyi açıqlanmışdı. Əslində isə bu xəbərin onun həyat yoldaşı tərəfindən qəsdən yayıldığı üzə çıxıb.
Artıq məhkəmə Kambanın keçmiş həyat yoldaşına qarşı iş açıb. Onun Kambanın ölümünü saxtalaşdırdıqdan sonra altı rəqəmli məbləğdə sığorta pulu aldığı bildirilir.
Oxşar xəbərlər
Futbolçu həbs edildi - dələduzluğa görə
İspaniyalı futbolçu 23 yaşında dünyasını dəyişdi - Avtomobil qəzasında
Fantastik fırıldaq - ölən futbolçu Almaniyada yaşayır
Ulduz futbolçu 35 yaşında vəfat etdi - FOTO
Gənc futbolçu avtomobil qəzasında öldü - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası