reklam
Dünya Cüdosunun əfsanəsi Bakıya gəldi -
Sportfm.az xəbər saytı

Dünya Cüdosunun əfsanəsi Bakıya gəldi -FOTO


Moldova Paralimpiya Komitəsinin prezidenti, Paralimpiya çempionu Oleq Kretsul Bakıya gəlib. Məşhur idmançı Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək "Yenilməzlər" adlı Beynəlxalq Qala Təqdimatda iştirak etmək üçün Bakıya dəvət olunub.
Sportfm.az xəbər verir ki, "Yenilməzlər" Beynəlxalq Qala Təqdimatında Oleq Kretsulun da çıxışı olacaq.
Qeyd edək ki, Oleq Vasilievich Kretsul  peşəkar idman sahəsində tanınmış, böyük nüfuza malik paralimpiyaçı cüdoçulardan biridir.
O, 21 fevral 1975-ci ildə Kişinyov şəhərində anadan olmuşdur.10 yaşında ikən cüdo ilə məşgul olmağa başlayıb.
Gəncliyində Beynəlxalq və Ümumittifaq Cüdo və Sambo Turnirlərinin dəfələrlə qalibi olmuşdur. 16 yaşında yeniyetmələr arasında SSRİ çempionatında birinci yeri qazanmış,  21 yaşında  isə cüdo üzrə beynəlxalq dərəcəli idman ustasının tələblərini yerinə yetirmişdir.1996-cı il  Atlanta Olimpiya Oyunlarının iştirakçısıdır.
1997-ci ildə  keçirdiyi avtomobil qəzasında həyat  yoldaşı vəfat edir, özü isə aldıgı zədələr nəticəsində görmə qabiliyyətini tamamilə itirir.
Bir müddət sonra yenidən cüdoya qayıdır, amma bu dəfə paralimpiyaçı kimi.
Paralimpiya hərəkatına qoşulduqdan sonra Oleg Kretsulun mükafat və titullarının siyahısı sürətlə böyüməyə başlayır. O, 2008 Pekin Yay Paralimpiya Oyunlarının qalibidir, dörd qat dünya və üç qat Avropa  çempionudur,əməkdar idman ustasıdır.
2006-cı ildə "Vətənə xidmətə görə" II dərəcəli ordenlə, 2009-cu ildə isə "Dostluq Ordeni" ilə təltif olunmuşdur.

Oxşar xəbərlər

Ruslar Yay Paralimpiya Oyunlarında iştirak edəcək
Azərbaycan futboluna ağır itki - AFFA nümayəndəsi vəfat etdi
Dünya çempionatı təxirə salındı - Paralimpiya Oyunlarına görə
Azərbaycan paralimpiya hərəkatında liderdir - FOTO
Azərbaycan Abu-Dabidə Beynəlxalq Paralimpiya Komitəsinin konfransında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər