reklam
Fantastik fırıldaq -
Sportfm.az xəbər saytı

Fantastik fırıldaq -ölən futbolçu Almaniyada yaşayır


“Şalke”nin 2016-cı ildə avtomobil qəzasında dünyasını dəyişdiyi açıqlanmış futbolçusu Hiannik Kamba barədə yayılan son xəbər hamını heyrətləndirib.

Sportfm.az xəbər verir ki, konqolu futbolçu sağdır və Almaniyanın Rur bölgəsində yaşayır. 33 yaşlı keçmiş müdafiəçi energetika şirkətində kimya mühəndisidir. 

Kambanın 2016-cı ildə dostları ilə Konqoda avtomobil qəzasında dünyasını dəyişdiyi açıqlanmışdı. Məlumata görə, bu xəbəri onun həyat yoldaşı qəsdən yayıb. 

Məhkəmə futbolçunun keçmiş həyat yoldaşına qarşı iş açıb. Onun Kambanın ölümünü saxtalaşdıran qadın 6 rəqəmli məbləğdə sığorta pulu aldığı bildirilir. O, sığorta şirkətinə ölümlə bağlı saxta sənədlər verib və pula yiyələnib.

Oxşar xəbərlər

Futbolçu həbs edildi - dələduzluğa görə
İspaniyalı futbolçu 23 yaşında dünyasını dəyişdi - Avtomobil qəzasında
“Şalke”nin futbolçusu sağ çıxdı - Həyat yoldaşı sığorta pulu aldı
Millidə çıxış edən futbolçu "yalandan" ölüb - FOTO
Gənc futbolçu avtomobil qəzasında öldü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər