reklam
Sportfm.az xəbər saytı

"Göyəzən"in matçını ağaca vurulan kağızla duyurdular -Qazaxda qəribə olay - FOTO


Fevralın 9-da Qazaxın "Göyəzən" klubunun 40 illik yubileyinə hazırlıq məqsədi ilə oyun baş tutacaq. 

Sportfm.az saytı xəbər verir ki, bununla bağlı klub rəhbərliyi qonşu Gürcüstanın 2-ci liqasında mübarizə aparan "Qardabani" klubuyla yoldaşlıq görüşü keçirmək qərarına gəlib. Qazax şəhər stadionunda baş tutacaq qarşılaşmanı azarkeşlərinə duyurmaq istəyən klub rəhbərliyi qəribə üsula əl atıb. Belə ki, onlar oyun afişasının əvəzinə matçın(beynəlxalq yoldaşlıq görüşü) keçirilmə vaxtını və yerini kağıza yazaraq, şəhərdə olan ağaclardan birinin üstünə bərkidiblər. Bunu lentə alan jurnalist Elmar Rza heyrətini gizlədə bilməyib. O sosial şəbəkədəki hesabından həmin şəkli paylaşaraq, "klubun yubileyidir, barı afişanı əllə yazmasaydınız" sözlərini yazaraq, məsələyə münasibət bildirib. 

 

Oxşar xəbərlər

"Azarkeşlər də bu klubun bir parçasıdır" - Emreli şəhid azarkeşdən danışdı
""Göyəzən"in dağılması haqqında xəbərlər həqiqəti əks etdirmir" - AÇIQLAMA
“Arsenal” klubundan Azərbaycana böyük jest - FOTO
"Qəbələ" Gəncə klubu ilə qarşılaşacaq
Elxan Məmmədov: «Bu seçmə mərhələyə hazırlıq məqsədi ilə yanaşırıq»

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər