reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" Gəncə klubu ilə qarşılaşacaq


"Qəbələ”nin əvəzedicilərdən ibarət komandası yeni mövsümün hazırlıqlarını davam etdirir.

Sportfm.az xəbər verir ki, iyulun 5-də bir araya gələn "qırmızı-qaralar” məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir. Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında çalışan komanda iyulun 16-dək doğma arenada hazırlıq keçəcək. Ardınca Bakıya yollanacaq əvəzedicilər məşqlərini paytaxtda davam etdirəcək.

İyulun 23-nə qədər sürəcək hazırlıq prosesinin ikinci hissəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. "Qəbələ” ilk matçını ayın 17-də keçirəcək. Komanda Bakıda "Kəpəz”in əvəzediciləri ilə üz-üzə gələcək. Üç gün sonra "qırmızı-qaralar” Sumqayıtda eyniadlı klubun əvəzediciləri ilə qarşılaşacaq. "Qəbələ”nin üçüncü matçı isə ayın 23-də baş tutacaq. Həmin yoxlama oyunundakı rəqibin adı hələ dəqiqləşməyib.

Oxşar xəbərlər

"Qəbələ" Türkiyədə 3 oyun keçirəcək - Hazırlıq planı
"Qəbələ" Türkiyədə 3 yoxlama matçı keçirəcək - Hazırlıq planı
"Qəbələ" "Zirə” və “Səbail”lə qarşılaşacaq - Yoldaşlıq görüşü
"Qəbələ" sabah başlayır - komanda Türkiyəyə yollanacaq
"Qəbələ" 15 qat Albaniya çempionu ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər