reklam
Ramil Həsənov beynəlxalq təşkilatın vitse-prezidenti seçildi
Sportfm.az xəbər saytı

Ramil Həsənov beynəlxalq təşkilatın vitse-prezidenti seçildi


Türk Şurasının Baş katibi Ramil Həsənov "İdman Bütövlüyü üzrə Qlobal Alyans"ın (SİGA) vitse-prezidenti vəzifəsinə seçilib.

Bu barədə Sportfm.az-a Türk Şurasının İstanbuldakı mərkəzindən daxil olan məlumatda SİGA-nın yanvarın 31-də Romada keçirdiyi və 100-dən çox ölkədən idman sahəsində yüksək vəzifəli nümayəndənin və idman təşkilatları rəhbərlərinin iştirak etdiyi qurultayında seçildiyi bildirilib.

SİGA idmanda dürüstlük və etik qaydalara əməl edilməsi məqsədi ilə qurulub. Təşkilatın hazırkı prezidenti Avropa İttifaqının nüfuzlu siyasətçilərindən olan İtaliyanın keçmiş xarici işlər naziri və Avropa Komissiyası sədrinin keçmiş müavini Franko Frattinidir. Qurumda müxtəlif nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri təmsil edilməkdədir.

Ramil Həsənov SİGA-nın Romadakı qurultayı ərəfəsində və Alyansın vitse-prezidenti seçiləndən sonra ikitərəfli görüşlər keçirərək Türk Şurası ilə beynəlxalq təşkilatlar arasında müxtəlif sahələrdə əməkdaşlığını inkişaf etdirilməsi məsələlərini müzakirə edib. Baş katibin keçirdiyi görüşlərdə Türk Şurasının layihə direktoru Əli Çivilər və protokol müdirinin müavini Araz Salmanov iştirak ediblər.

Oxşar xəbərlər

Füzuli Musayev vitse–prezident seçildi
Bakıda birinci Türk Universiadasının açılış mərasimi keçirildi - FOTO
Çingiz Hüseynzadə ordenlə təltif olundu - FOTO
İspaniya Futbol Federasiyasının prezidenti istefaya göndərildi
Azərbaycan nümayəndə heyəti Praqada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər