reklam
Bakıda birinci Türk Universiadasının açılış mərasimi keçirildi -
Sportfm.az xəbər saytı

Bakıda birinci Türk Universiadasının açılış mərasimi keçirildi -FOTO


Aprelin 6-da Bakı İdman Sarayında birinci Türk Şurası Universitet İdman Oyunlarının (Türk Universiadası) təntənəli açılış mərasimi olub.

Sportfm.az xəbər verir ki, tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Türk Şurasının baş katibi Ramil Həsənov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin deputatları, diplomatlar, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində türk xalqlarının tarixi, mədəniyyəti, adət-ənənələri, dahi şəxsiyyətləri barədə məlumat verilib. Azərbaycanın milli musiqi alətləri və xalq rəqslərinin müşayiəti ilə davam edən mərasim zamanı respublikamızın görməli yerləri nümayiş etdirilib.

Oxşar xəbərlər

37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirildi
Azərbaycan Milli Olimpiya Komitəsi beynəlxalq forumda iştirak edir
“Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının məşəli yandırılacaq
MOK-un 20 illik yubiley mərasimi keçirildi
Ədalətli Oyunlar Komissiyasının mükafatları sahiblərinə təqdim olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər