"Azərbaycanlı oyunçular çox xoşuma gəldi" - MÜSAHİBƏ
Futzal üzrə yığma komandamız ikinci görüşdə İrana 4-1 hesabı ilə məğlub oldu. Qonaqların heyətində ilk qolu vuran Hüseyn Tayebi matçdan sonra Sportfm.az saytına fikirlərini bildirib:"İlk qarşılaşmada bərabərə qalsaq da, bu gün qalib gələn tərəf olduq. Ancaq bu o demək deyil ki, rəqib zəif idi. Azərbaycan millisi yetərincə güclü komandadır. Sadəcə biz ələ keçən şanslardan daha yaxşı yararlandıq". Qazaxıstan "Kayrat"ının aparıcı siması Asiya Çempionatına hazırlaşan İran millisinin şanslarını da dəyərləndirib:"Düzdür, biz Asiya Çempionatında favorit kimi göstərilirik. Mən isə düşünürəm ki, bizim üçün həmin turnir asan keçməyəcək. Orda yığmamızı çətin və gərgin qarşılaşmalar gözləyir". Azərbaycan yığmasının üzvləri haqqında danışan Tayebi yerli oyunçuları çox bəyəndiyini deyir:"Sizin millinizin heyətində braziliyalı və yerli futzalçılar var. Şəxsən mənim azərbaycanlı oyunçular çox xoşuma gəldi. Onlara şans verildikdə özlərini yaxşı tərəfdən göstərə bilirlər. Braziliyalıların olması da normaldı. Çünki onlar hər yerdə var(gülür)".
Qeyd edək ki, Hüseyn Tayebi yığmamızla keçirilən hər iki görüşdə bir dəfə fərqlənib.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |