
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Yığmamızın baş məşqçisi: Deməzdim ki, nəticə bizim üçün vacib deyil
Sportfm.az AFFA-nın saytına istinadən Bakıda futzal üzrə Azərbaycan və İran komandaları arasında keçirilən yoldaşlıq oyunundan sonra hər iki yığmanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:
Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi): “Deməzdim ki, nəticə bizim üçün vacib deyildi. Həm yaxşı nəticə, həm də oyun təcrübəsi qazanmaq istəyirdik. Çünki komanda üzvlərinin əksəriyyəti bir aya yaxındır heç bir rəsmi oyunda iştirak etmirdilər. Ona görə də, komandada olan futzalçıların hamısına şans verdim ki, bundan maksimum istifadə etsinlər. Əsas odur ki, oyun intizamından qopmadıq, bir neçə “ev tapşırığı”nı sınadıq. Komandamın oyunu məni qane etdi. Verdiyim tapşırıqları yerinə yetirə bildirlər. Rəqibimiz kifayət qədər güclü komandadır. Üstəlik, İranla Fransa yığmasının oyun planında oxşar cəhətləri çoxdur. İran millisinin heyətində fərdi qabiliyyətinə görə seçilən oyunçuları var”.
Mohammad Nazemalşarieh (İran millisinin baş məşqçisi): “Maraqlı və çətin oyun keçdi. Hər iki komanda taktiki planda ağıllı oynadı, yaxşı hücumlar qurdu. Bildiyiniz kimi, biz də Asiya çempionatının oyunlarına hazırlaşırıq. Çalışdıq səhvlərimizi aşkara çıxaraq, axsadığımız cəhətlərimizi təsbit edək. Müəyyən səhvlər oldu. İkinci oyunda daha yaxşı oynayacağımıza ümid edirəm”.
Oxşar xəbərlər
Vitali Borisov: Bir qədər axsama var
Rəqib baş məşqçi: Azərbaycan millisi uğurlu nəticə qazanacaq
Qazaxıstan yığmasının baş məşqçisindən atmaca: Sizdə yüksək səviyyəli ölkə çempionatı yoxdur
Millimizin baş məşqçisi: Rəqib belə səhvləri bağışlamır
Jose Alesio Da Silva: Bununla bağlı xüsusi göstəriş verməmişdim
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin