reklam
Mehdi Cavid: Belə olacağını gözləmirdim -
Sportfm.az xəbər saytı

Mehdi Cavid: Belə olacağını gözləmirdim -MÜSAHİBƏ


Dünən Bakı İdman Sarayında futzal üzrə Azərbaycan millisi İranla yoxlama matçında qüvvəsini sınayıb. 3:3 hesabı ilə bitən qarşılaşmadan sonra qonaqların heyətində ən fəal oyunçulardan biri, İranın “Tasisat Daryaei” klubunun şərəfini qoruyan Mehdi Cavid Sportfm.az saytının suallarını cavablandırıb.

- Əvvəlcə nəticədən danışaq, ilk görüşdəki hesab sizi qane etdi?

- Azərbaycan evdə oynayırdı, ona görə bunu bizim üçün pis nəticə hesab etmək olmaz. Ancaq düşünürəm ki, qalib gələ bilərdik.

- Bəs niyə bərabarə qaldınız?

- Çoxlu səhvlər etdik. Rəqibin heyətində yer alan futzalçılar isə belə səhvləri bağışlamır.

- Heyətdən söz düşmüşkən, yığmamızda kimi fərqləndirə bilərsən?

- 10 nömrəli(Vassuro-red.) oyunçu çox xoşuma gəldi. Digərləri də pis deyildi. Ancaq o futzalda tələb olunan bütün özəlliklərə sahibdir.

- Sizi xeyli sayda azarkeş dəstəkləyidi.

- Oyundan əvvəl məşq edəndə bunun belə olacağını gözləmirdim. Sonradan gördüm ki, iranlı azarkeşlərin sayı artmağa başlayır. Onlara təşəkkür edirəm. Çox gözəl dəstək verdilər.

- Azərbaycan futzalı haqda nə qədər məlumatlısan?

- Bilirəm ki, Avropanın sayılıb-seçilən yığmalarından biri məhz Azərbaycandır. Klublarınız və çempionatınız haqqında isə çox məlumatım yoxdur. Bircə onu bilirəm ki, hazırda Azərbaycan çempionatında xeyli sayda iranlı futzalçı çıxış edir. Onların bir neçəsini şəxsən tanıyıram.

- Bizim yığmamızda braziliyalı oyunçular yer alır. Buna necə baxırsan?

- Buna fikir vermişəm. Düşünürəm ki, millidə yerli oyunçular oynamalıdı. Ola bilər ki, 1-2 nəfər gəlmə futzalçı yığmada yer alsın. Daha artığının oynamasının tərəfdarı deyiləm.

Qeyd edək ki, 30 yaşlı futzalçı İran yığmasının heyətində 186 oyuna çıxıb. 

 

Oxşar xəbərlər

Bakı klubunun iki oyunçusu İrandan buraxılmır - Federasiya rəsmisi açıqladı
Azərbaycan - İran: kim necə oynadı? - Dəyərləndirmə
"Azərbaycanlı oyunçular çox xoşuma gəldi" - MÜSAHİBƏ
Alesio Da Silva:"Onların yığmanın şərəfini qoruyacaqlarını indidən deyə bilmərəm" - EKSKLÜZİV
Ramil Quliyev: "Azərbaycan yığmasının şərəfini qorumaq istəyirəm" - EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər