İran futzalının ulduzu yığmamıza qarşı oynayacaq -Rəqib heyəti açıqladı
Gələn həftə Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcək futzal üzrə İran yığmasının heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, rəqib Bakıya 14 oyunçu gətirəcək.
Yanvarın 23-də və 24-də baş tutacaq qarşılaşmalarda Asiya çempionatına hazırlaşan İran millisi bu oyunçularla mübarizə aparacaq: Alireza Samimi, Qhodrat Bahadori, Aliasger Hasanzade, Ahmad Esmailpour, Mahdi Cavid, Mohammad Şayari, Saed Ahmadabbasi, Sepehr Mohammadi, Huseyn Tayebi, Hamid Ahmadi, Farhad Tavakkoli, Mehran Aliqadr, Moslem Oladjhobad, Abulhasem Orauji.
Qeyd edək ki, rəqib Bakıya yanvarın 22-də gələcək və 25-də qayıdacaq. Yanvarın 23-də və 24-də Bakı İdman Sarayında keçiriləcək hər iki görüş saat 21.00-də başlayacaq. İran millisinin ən tanınmış futzalçısı, Qazaxıstanın "Kayrat" klubunun şərəfini qoruyan Huseyn Tayebi ilk dəfə Azərbaycana gələcək.
Oxşar xəbərlər
"Azərbaycanlı oyunçular çox xoşuma gəldi" - MÜSAHİBƏ
Millimiz İran qarşısında gücsüz qaldı
Yığmamız İranla bərabərə qaldı
İran millisinin matçını azərbaycanlı hakim idarə edəcək
Millimiz İranla üz-üzə gələcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası