Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
2 saylı internat məktəbində turnir keçirildi -FOTO
AFFA-nın təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə Mərdəkan qəsəbəsində yerləşən 2 saylı ümumi orta internat məktəbində təhsil alan valideyn himayəsindən məhrum uşaqlar üçün futbol turniri keçirilib.
Sportfm.az saytı xəbər verir ki, turnirin birinci günündə 6-7 yaşlı uşaqlar yarışıb. 16 komandanın (16 qız, 45 oğlan) iştirakı ilə keçirilən yarışın ən yaxşı qız futbolçusu Zəhra Məmmədova, ən yaxşı oğlan oyunçusu isə Nahid Verdiyev seçilib. Öz yaşıdaları arasında keçirilən oyunlarda vurulan ən baxımlı qolunun müəllifi isə Cavad Verdiyev olub.
Turnirin ikinci günündə meydana 8-10 yaşlı uşaqlar çıxıb. Yenə qalib adı uğrunda 16 komanda (18 qız, 57 oğlan) yarışıb. İsmayıl Orucquliyev turnirin bombardiri, Elnur Əliyev ən baxımlı qolun müəllifi olub. Günay Əlibəyova öz yaşıdları arasında ən yaxşı qız futbolçu seçilib.
Əlavə edək ki, şağirdlər AFFA tərəfindən idman ləvazimatları və geyimləri ilə təmin olunublar. Sonda qalib komandalara kubok, medal, diplomlar və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, turnirin keçirilməsində məqsəd valideyn himayəsindən məhrum olan şagirdlərin boş vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq, onların cəmiyyətdə özlərini tənha hiss etməməsinə və sosiallaşmasına nail olmaq, qayğı göstərməkdir.
Oxşar xəbərlər
Bakıda Kütləvi Futbol Həftəsi festivalı keçirildi - FOTO
“Qızlar Futzal Kuboku” turniri keçirildi - FOTO
Tülü kəndinin komandası birinci oldu
Gözdən əlil uşaqlar arasında şahmat turniri keçirildi - FOTO
AFFA 2 saylı uşaq evində tədbir keçirdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası