Tülü kəndinin komandası birinci oldu
Dekabrın 22-də və 23-də Balakən rayonunda 13 yaşadək məktəbli qızlar arasında “Qızlar futzal kuboku” turniri keçirilib.
Sportfm.az xəbər verir ki, Balakən Olimpiya İdman Kompleksində keçirilmiş yarışda rayonun 12 məktəbindən 118 şagird iştirak edib. Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 oyun keçirilib. Növbəti gün isə play-off mərhələsinin oyunları təşkil olunub. Tülü 1 saylı kənd orta məktəbin komandası turnirin qalibi olub. Meşəşambul kənd tam orta məktəbin komandası ikinci, Nəsimi adına şəhər 2 saylı tam orta məktəbin komandası isə üçüncü yeri tutub. Turnirin ən yaxşı oyunçusu Nəcibə Paçalova (Nəsimi adına şəhər 2 saylı tam orta məktəbin şagirdi) seçilib. İlk üç yeri tutmuş komandalara diplomlar və medallar, qalib komandaya isə kubok təqdim edilib.

Oxşar xəbərlər
“Qızlar futzal kuboku” turniri keçiriləcək
“Qızlar Futzal Kuboku” turniri keçirildi - FOTO
Lənkəranda “Qızlar Futzal Kuboku” turniri keçiriləcək
Balakəndə “Qızlar futzal kuboku” turniri keçiriləcək
Qızlar futzal oynadı - FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu















Misli Premyer Liqası