reklam
Azərbaycan və Türkiyə milli komandaları yoldaşlıq görüşü keçirdi
Sportfm.az xəbər saytı

Azərbaycan və Türkiyə milli komandaları yoldaşlıq görüşü keçirdi


28 dekabr 2017-ci il tarixdə Bakı şəhərində yerləşən ABU arena idman kompleksində Boccia idman növü üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir.

Sportfm.az xəbər verir ki, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və Türkiyənin - Türk İşbirliyi və Koordinasiya Agentliyi rəhbərliyi (TİKA)- nın birgə təşəbbüsü ilə keçirilmişdir.

Açılış mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Türkiyənin Azərbaycan Respublikasındakı səfiri Erkan Özoral, Millət vəkili Adil Əliyev, TİKA-nin Bakı koordinatoru Adəm Urfa, Gənclər və İdman Nazirliyinin şöbə müdiri, Olimpiya çempionu Fərid Mənsurov  və Milli Olimpiya Komitəsinin nümayəndələri iştirak etmişlər.

Tədbir zamanı TİKA tərəfindən Boccia idman növünün Azərbaycan Milli komandasına bu idman növünə məxsus bir sıra avadanlıqlar hədiyyə edilmişdir. Sonda yariş qaliblərinə mükafatlar təqdim edilmişdir.

Yarışın nəticələri:

BC 1 kateqoriyası;
3- cü yer - Nəriman Pirquliyev (Azərbaycan)
2-ci yer  - Gökhan Şahbaz (Türkiyə)
1-ci yer - Ülkər Əsgərova (Azərbaycan)

BC 2 kateqoriyası;
3-cü yer - Tahir Zülfüqarlı (Azərbaycan)
2-ci yer - Tolqa Aslanmirze (Türkiyə)
1-ci yer - Sona Agayeva (Azərbaycan)

BC 3 kateqoriyası;
3-cü yer - Əmrah Rəhimov (Azərbaycan)
2-ci yer - Emre Vural (Türkiyə)
1-ci yer - Mustafa Çetin (Türkiyə)

BC 4 kateqoriyası;
3-cü yer - Bəhruz Mirzəyev (Azərbaycan)
2-ci yer - Çoğatay Çakır (Türkiyə)
1-ci yer - Xəyal İslamov (Azərbaycan)

Oxşar xəbərlər

Paralimpiyaçılarımız Zaqrebdə çempion oldular - FOTO
Paralimpiya Komitəsi ilə yekun vurdu - FOTO
Milli Paralimpiya Komitəsi 2019-cu il üçün gəlirlərini açıqladı
Azərbaycanda yeni idman federasiyası yarandı - FOTO
Milli Paralimpiya Komitəsinə yeni təyinat oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər