Paralimpiyaçılarımız Zaqrebdə çempion oldular -FOTO
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üzvləri Bəhruz Mirzəyev və Sona Ağayeva Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında qızıl medal qazanıblar.
Sportfm.az xəbər verir ki, bununla komandamızın medal sayı üçə çatıb. Daha öncə digər idmançımız Orxan Kərimov yarışın bürünc medalını qazanmışdı.
İdmançılarımıza dəstək vermək üçün Azərbaycan Respublikasının Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov da bügünkü oyunları komanda üzvləri ilə birlikdə izləyib.
Beləliklə Azərbaycan milli komandasının üç üzvü Paris-2024 Yay Paralimpiya Oyunlarına ilk reytinq xallarını qazanıb. Onlar sabah vətənə qayıdacaqlar.
Oxşar xəbərlər
İdmançımız Olimpiya oyunlarına vəsiqə qazandı
Fərid Qayıbov “qızıl” qazanan idmançılarla görüşdü - FOTO
İdmançılarımızdan qızıl medal - 2021 World Para Athletics Grand Prix
Mirzəyev İtaliyada qızıl medal qazandı
Paralimpiyaçılarımız vətənə qayıtdı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası