reklam
Sportfm.az xəbər saytı

"Hell Energy" üstünlüyünü qoruya bilmədi, "Standard" qol vurduğuna "peşman oldu"


Foto: Sportfm.az

Futzal üzrə Birinci Liqada 10-cu turun oyunlarına yekun vurulub. 

Sportfm.az saytı xəbər verir ki, tur çərçivəsində iki maraqlı qarşılaşma baş tutub. Belə ki, bu mövsüm iddialılar sırasında yer alan "Hell Energy" Birinci Liqada stabil çıxış edən "Yeni Günəşli" ilə qarşılaşıb. Olimpik Star İdman Kompleksində oynanan görüşdə Hikmət Bağırovun rəhbərlik etdiyi "Hell Energy" 3-0 hesabı ilə öndə olmasına baxmayaraq, sonda 3-3 bərabərliyə razı olub. Turun digər oyununda isə "Standard" "Green Log"la üz-üzə gəlib. Hesabda 1-0 önə keçən birincilər matçın gedişində rəqib tərəfindən 3 dəfə meydanın mərkəzinə dəvət olunub. 

Qeyd edək ki, ötən günün son qarşılamasında "Star" "Gilan"ı 8-3 hesabı ilə məğlub edib. 

Oxşar xəbərlər

"Qarabağ" "Yeni Günəşli"yə gücünü göstərdi
Aqşin Ömərov hakimi döydü
“Romana” mövsümdə ilk qələbəsini qazandı
"Hell Energy" əsas rəqiblərindən birini zərərsizləşdirdi
“Baku Fire” liderliyə yüksəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər