reklam
Aqşin Ömərov hakimi döydü
Sportfm.az xəbər saytı

Aqşin Ömərov hakimi döydü


Birinci Liqada XI tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, günün ilk oyunu maraq baxımından digərlərindən seçilirdi. Təsadüfi deyil ki, liderlə izləyicilərindən birinin duelində komandalar fasiləyə qolsuz heç-heçə ilə yollandı. Amma ikinci hissədə daha fəal oynayan “Hell Energy” qələbə qazandı. Bununla da “Green Log”u zirvədən qoparan “Hell Energy” xal fərqini də minimuma endirdi. “Baku Fire” – “Yeni Günəşli” dueli isə ardıcıl qollarla müşayiət olunsa da, birincilər sonda 2 top artırq vurdu və vacib qələbə qazandı. Çempionatın ən böyük hesablı qələbəsini isə “Qarabağ” qazandı. Ağdam təmsilçisi rəqibini 21 dəfə meydanın mərkəzinə dəvət etdi. Turun son oyunu isə yarımçıq dayandırıldı. Belə ki, ADBTİA hesabda 1:0 öndə olan vaxt hakim kobud oynadığına görə, “Baku Fans”ın oyunçusu Aqşin Ömərova sarı vərəqə göstərdi. Bu zaman Ömərov referini təhqir etdiyinə görə, qırmızı vərəqə ilə cəzalandırıldı. Futzalçının meydanı tərk etməsini tələb edən FİFA referisi Yusif Nurullayev gözləmədiyi halda “Baku Fans”ın oyunçusu tərəfindən fiziki təzyiqə məruz qaldı. Nəticədə referi oyunu idarə etməkdən imtina etdi və qarşılaşma yarımçıq dayandırıldı. Hakim baş verənləri matçın protokolunda qeyd edib və məsələ ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək.
“Hell Energy” – “Green Log” 3:0
“Baku Fire” – “Yeni Günəşli” 4:2
“Gilan” – “Qarabağ” 1:21
“Baku Fans” – ADBTİA

Oxşar xəbərlər

"Baku Fire" çətin sınaq qarşısında
Veteran futzalçı Azərbaycan Çempionatında 8 qol vurdu
Hakimi vuran Aqşin Ömərov: Çox peşmanam
"Hell Energy" əsas rəqiblərindən birini zərərsizləşdirdi
“Baku Fire” liderliyə yüksəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər