Balakəndə futzal turniri sona çatdı, Röya "ən yaxşı oyunçu" oldu - FOTOLAR
AFFA-nın təşkilatçılığı ilə "Kütləvi futbolun inkişafı proqramı" çərçivəsində 2006-2007-ci il təvəllüdlü uşaqlar arasında Balakəndə keçirilən futzal turniri sona çatıb. Sportfm.az xəbər verir ki, Balakən Olimpiya İdman Kompleksində 10-11 yaşlı 100-dən artıq şagirdin iştirak etdiyi ilk yarış gününün qalibi Balakən şəhərinin 3 saylı orta məktəbinin komandası olub. "Qazma" və "Katex" kollektivləri müvafiq olaraq, 2-ci və 3-cü sıranı tutublar. Turnirin qarşılaşmalarını izləyən yerli futbol məşqçiləri 15 istedadlı azyaşlının oyununu bəyənib. Futzal turnirinin ikinci günü azyaşlı qızların çıxışı ilə davam edib. Rayonun 9 orta məktəbinin komandalarının heyətində yer alan 100-ə yaxın şagird ilkin qeydiyyatdan sonra oyun qaydaları ilə tanış edilib. Dairəvi sistem üzrə keçirilən yarış maraqlı idman mübarizəsinə səhnə olub. Qız komandaları arasında "Tülü" bütün rəqiblərini arxada qoyaraq, qızıl medalları qazanıb. İkinci sıranı əzmkar oyunu ilə seçilən "Nəsimi" komandası tutub. "Qazma" isə turniri üçüncü sırada bitirib. Mükafatçılar sırasına düşən kollektivlərin üzvlərinə kubok, diplom və medallar verilib. Həmçinin, qızların yarışında müxtəlif nominasiyalar üzrə fərqlənənlər də mükafatsız qalmayıb.
Ən yaxşı oyunçu - Qaracayeva Röya
Bombardir - Köklərova Arzu (5 qol)
Baxımlı qol - Kərimova Səma
Ən yaxşı qapıçı - Qociyeva Pirdas
Ən yaxşı müdafiəçi - Dadayeva Ceyla
Ən yaxşı məşqçi - Mahmudov İsa
Fairplay - Qardaşova Nuray
Fəal iştiraka görə - Balagözova Havva, Eminova Zəminə, Qafarova Sevinc
Qaliblərə AFFA tərəfindən diplomlar və qiymətli hədiyyələr verilib.
Qeyd edək ki, qızların futzal turnirində özünü yaxşı tərəfdən göstərən 12 nəfər, yerli uşaq məşqçilərinin rəğbətini qazanaraq, aşağı yaş qrupları üzrə komandalara dəvət alıblar.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |