reklam
Balakəndə futzal turniri start götürdü, Çirinqov bombardir oldu -
Sportfm.az xəbər saytı

Balakəndə futzal turniri start götürdü, Çirinqov bombardir oldu -FOTOLAR


Azərbaycanda ən populyar idman növlərindən biri olan futzal artıq bölgələrimizə "ayaq açır". Belə ki, bu gün AFFA-nın təşkilatçılığı ilə "Kütləvi futbolun inkişafı proqramı" çərçivəsində Balakən Olimpiya İdman Kompleksində futzal üzrə kiçikyaşlılar arasında turnir start götürüb.

Sportfm.az saytı xəbər verir ki, iki gün davam edəcək yarışın birinci günündə oğlanlar  mübarizəyə qoşulub. İlkin qeydiyyatından sonra bütün kollektivlərə oyun qaydaları ilə bağlı geniş məlumat verilib. Dairəvi sistem üzrə keçirilən yarışın ilk günü rayon mərkəzinin müxtəlif məktəblərini təmsil edən 9 komanda birincilik uğrunda yarışıb. Maraqlı idman mübarizəsi şəraitində keçən və baxımlı qollara səhnə olan, 2006-2007-ci təvəllüdlü uşaqların iştirak etdiyi turnirin ən güclüsü Balakən şəhərinin 3 saylı tam orta məktəbinin komandası olub. Qalib komandanın üzvlərinə kubok, diplom və medallar verilib. Həmçinin, futzal turnirində müxtəlif nominasiyalar üzrə fərqlənənlər də müəyyənləşib.

Finalın ən yaxşı oyunçusu - Afər Rəcəbov

Bombardir - Nicat Çirinqov (7qol)

Baxımlı qol - Nicat Çirinqov

Ən yaxşı qapıçı - Ruslan Qarakişiyev

Ən yaxşı müdafiəçi - Rəfail Nəsibov

Ən yaxşı məşqçilər - Mikayılova Pakizə, Quliyeva Bəsti

Fairplay - Nəbiyev Əbdülqədir

Qaliblər AFFA tərəfindən diplomlar və qiymətli hədiyyələrlə təltif edilib.

Qeyd edək ki, sabah futzal turniri 10-10 yaşlı qızlar arasında baş tutacaq.

 

Oxşar xəbərlər

“Qızlar Futzal Kuboku” turniri keçirildi - FOTO
Tülü kəndinin komandası birinci oldu
Balakəndə “Qızlar futzal kuboku” turniri keçiriləcək
Balakəndə futzal turniri sona çatdı, Röya "ən yaxşı oyunçu" oldu - FOTOLAR
Balakəndə futzal turniri keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər