reklam
“Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb
Sportfm.az xəbər saytı

“Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb


Bu gün Qubada 2015-ci il təvəllüdlü futbolçular arasında 3-cü “Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb.

Sportfm.az xəbər verir ki, avqustun 27-də yekunlaşacaq turnir Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə baş tutur.

Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan turnirdə Azərbaycanı “Ulduz”, “Zirə”, “Sabah”, “Neftçi” və “Qarabağ”, Özbəkistanı “Paxtakor” və “Bunyodkor”, Gürcüstanı “Dinamo” (Tbilisi), Polşanı “Drukarz”, Türkmənistanı “Altın Taç”, Qırğızıstanı “Sduşorsi”, Qazaxıstanı isə “Kayrat” komandaları təmsil edir.

Beləliklə, yarışda ümumilikdə 7 ölkədən 12 komanda mübarizə aparır.

“Ulduz Cup” beynəlxalq futbol turniri artıq üçüncü dəfə keçirilir. İlk yarışda “Dinamo” (Minsk, Belarus) qalib olub. “Ulduz” ikinci, “Bunyodkor” isə üçüncü yeri tutublar.

Ötən il keçirilən 2-ci “Ulduz Cup” turnirində isə “Neftçi” birinci, “Paxtakor” ikinci, “Dinamo” (Tbilisi) üçüncü olub.

Oxşar xəbərlər

Banişevskinin xatirəsinə həsr olunmuş turnir başa çatdı - FOTO
Qubada 7 ölkənin iştirakı ilə futbol turniri başlayır
"Ulduz" beynəlxalq turnirin qalibi oldu
Azərbaycanda böyük beynəlxalq futbol turniri start götürür
"Neftçi" yenə Rusiyanın yolunu tutur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər