"Azərbaycan yığmasına ümid verdik"
Rusiya futzal yığmasının üzvü İvan Milovanov müsahibə verib.
Sportfm.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan hücumçu "4 Top Nations" turnirində dünən Azərbaycan millisinə qalib gəldikləri (4:3) oyun haqda fikirlər səsləndirib.
- Qazaxıstanla keçirdiyiniz matçla müqayisədə Azərbaycanla görüş daha yüksək sürətdə keçdi...
- Düz deyirsiz, elə də oldu. Bəlkə də, bu, Qazaxıstanla qarşılaşmanın turnirdəki ilk oyunumuz olması ilə bağlı idi. Təyyarə ilə uçuşdan sonra tam olaraq özümüzə gəlməmişdik. İndi isə özümüzü yaxşı hiss edirik.
- Qazaxıstanla 3:3 hesablı heç-heçə etdikdən sonra Azərbaycan yığmasına qalib gəldiniz - 4:3. Lakin ilk görüşlə müqayisədə ikinci oyunda daha çox çətinlik çəkdiniz...
- Azərbaycanla oyunda daha çox güc mübarizəsi getdi, emosiyalar yüksək idi. Ümumilikdə isə bu matçları fərqləndirmək istəməzdim. Hər ikisi çətin keçdi. Yəqin ki, Azərbaycanla oyunun əsəbi sonluqla bitməsində öz günahımız oldu. Oyun ərzində iki dəfə 2 top fərqi ilə önə keçsək də, səhvlər buraxıb, rəqibə ümid verdik. Onlar vəziyyəti dəyişmək üçün özlərində güc hiss etdilər. Düzdü, qələbə qazanmağı bacardıq. Amma gələcəkdə bu çatışmazlıqları aradan qaldırmalıyıq. Belə oyunları sakit şəkildə bitirməliyik.
- Mən epizodu görmədim. Andrey Batırev rəqib müdafiəçi və qapıçı ilə mübarizə apardığı məqamda qapıya doğru qaçdım. Belə başa düşürəm ki, həmin anda onlar toqquşublar. Top Andreyə tərəf sıçradı və mənə ötürmə verdi. Nəticədə hesab açıldı.
- Qarşınıza "4 Top Nations" turnirinin qalibi olmaq tapşırığı qoyulubmu?
- Hər oyunu qələbə ilə bitirmək istəyirik. Bu özü hədəfimizin nə olduğunu izah edir. Düzdü, turnir daha çox hazırlıq xarakteri daşıyır. Amma çempionluq da istisna olunmur. Qalib gəlmək, daha yaxşı və güclü komanda olmaq istəyirik. Özümüzə inanmağımız və bu nəticəyə imza atmalı olduğumuzu düşünmək uğurun əsas komponentidi.
apasport.az
Oxşar xəbərlər
"Qrupda ən yaxşı komanda olduğumuzu deyirlər" - Bernard Şalland
Ağatahir Əzimov: Biz qələbə qazanmalı idik
Yığmamızın "vuran ayağı" Tyaqo: Buranı pis hesabla tərk edirik
Rivzan Fərzəliyev heyətdən tam istifadə edilməməsindən gileyləndi!
“Azərbaycan yığmasının futbolçusu üzümə tüpürdü”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino
-
Avropa çempionatında ilk medalı Əhməd Yusifov qazandı















Misli Premyer Liqası