reklam
Azərbaycanlı olimpiyaçıdan şok açıqlama:
Sportfm.az xəbər saytı

Azərbaycanlı olimpiyaçıdan şok açıqlama: "Oğlan kimi geyinirəmsə, yaxşı edirəm" - FOTOLAR


Azərbaycanlı taekvondoçu Fəridə Əzizovanın geyimi geniş müzakirələr səbəb olub. Sportnet.az-ın məlumatına görə, 21 yaşlı taekvondoçunun sosial şəbəkədə paylaşdığı çimərlik geyimindəki fotoları və xaç işarəsi olan boyunbağısı birmənalı qarşılanmayıb.

Əzizova bununla bağlı sosial şəbəkədəki şəxsi hesabında fikirlərini bölüşüb. O, bu cür məsələlərə münasibət bildirənlərin heç nə ilə qane olmadığını yazıb. İdmançı qızın fikirlərini diqqətinizə çatdırırıq:

"Bəzi adamların həyatı o qədər maraqsız keçir ki, başqalarının həyatına özlərini zorla soxurlar. Susuramsa, o demək deyil ki, heç nə eşitmirəm! Sadəcə, bəzilərinin sözlərinə fikir versəydim, indi olimpiadaya hazırlaşmazdım, dəlixanada oturub göydəki quşları sayardım. Oğlan kimi geyinirəmsə, yaxşı edirəm. Mən 176 sm boyla, bu cür əzələylə, anadan gəlmə əyri ayaqlarımla qız paltarı geyinib "qvazimoda"ya oxşayanda nə danışacaqsınız? Deməli xristianamsa kafirəm, başımı bağlasam, vəhabi olacam. Oğlan kimi də geyinirəmsə, bir söz deyin. Qızla, dostlarımla şəkil çəkdirsəm ağzınıza gələni danışırsınız, oğlanlarla şəkil çəkdirsən nə edəcəksiniz? normalda qızın dostu da qız olar. Sizi nə iləsə qane etmək mümkündür?"

Qeyd edək ki, F.Əzizova 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 67 kq çəkidə Azərbaycanı təmsil edəcək.
 
Olimpiaçımızdan geyimi ilə bağlı iradlara sərt cavab - FOTOLAR
Olimpiaçımızdan geyimi ilə bağlı iradlara sərt cavab - FOTOLAR Olimpiaçımızdan geyimi ilə bağlı iradlara sərt cavab - FOTOLAR
Olimpiaçımızdan geyimi ilə bağlı iradlara sərt cavab - FOTOLAR
 

Oxşar xəbərlər

Stadionda başqa qızla tutuldu - VİDEO
Bakıda idmançı qız elə hərəkət etdi ki, görənlər şok oldu - FOTOLAR
Azərbaycanlı güləşçi hər kəsi təəccübləndirdi - FOTO
Futbolçunun 40 yaşlı arvadı dovşan paltarı geyindi - FOTO
Azərbaycan taekvondoçuları Braziliyaya yola düşdülər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər