reklam
UEFA prezidenti:
Sportfm.az xəbər saytı

UEFA prezidenti: "Bu ölkədə stadionlar köhnəlib"


UEFA prezidenti Aleksander Çeferin İtaliya mətbuatına müsahibə verib.

Sportfm.az xəbər verir ki, sloveniyalı funksioner ilk öncə "Financial fair play" qısqacında olan "Milan"ın cəzalandırılması ilə bağlı sualı cavablandırıb.

"Bu məsələ araşdırılır, heç nə deyə bilmərəm. Amma "Milan"ın maliyyə durumu məni narahat edir. Dekabrın ortalarında aidiyyatı orqanlar açıqlama verəcək. Hər şey mümkündür. Eyni zamanda klubun Avrokuboklardan kənarlaşdırılması barədə danışmaq hələ tezdir".

Çeferin İtaliya millisinin 2018 mundialından kənarda qalmasına da münasibət bildirib.

"Futbolla nəfəs ala bir ölkə üçün bu faciədir. Amma Niderland da bu aqibətlə üzləşdi. Bu, nəyin düz getmədiyini təhlil edib düzəltmək üçün şansdır. İtaliyada infrastrukturla bağlı problemlər var. İnfrastruktur olmadan gənc futbolçuların yetişməsi mümkün deyil. Nəticədə istedadlı futbolçu olmayan komanda qalib gələ bilmir. Bu ölkədə stadionlar köhnəlib. Təkcə "Juventus", "Atalanta", "Cagliari" və "Sassuolo" bu baxımdan irəli addım atıb".

Oxşar xəbərlər

Çeferin yenidən UEFA prezidenti olacaq
UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı - "Hadisələrin inkişafını izləməliyik"
UEFA prezidenti FIFA qınadı
"Xahiş edirəm Avropa Liqasında çıxış etməyin" - UEFA prezidenti
"VAR məni qane etmir, amma geriyə yol yoxdur" - Aleksander Çeferin

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər