reklam
Sportfm.az xəbər saytı

"VAR məni qane etmir, amma geriyə yol yoxdur" -Aleksander Çeferin


UEFA prezidenti Aleksander Çeferin VAR (video-köməkçi hakim) sisteminə neqativ yanaşdığını etiraf edib. 

Sportfm.az xəbər verir ki, sloveniyalı funksioner "The Mirror"a açıqlamasında yeni sistemi qarışıqlıq adlandırıb.

Onun fikrincə, bir-iki santimetrlik fərqin olduğu epizodu incələmək lazım deyil. Çeferin Beynəlxalq Futbol Assosiasiyaları Şurasına və hakimlərə qaydaları dəyişməyi təklif edəcəklərini diqqətə çatdırıb: "İndi futbolda tam fərqli təzyiq var. Baş hakim meydandadırsa və stadionda 70 - 80 min insan qışqırırsa, müəyyən epizodla bağlı düzgün qərarı London, Berlin və ya başqa yerdə olan yox, məhz siz çıxarmalısınız. Mən fanat deyiləm. VAR-a qarşı çox skeptik mövqedəyəm və indi deyə bilərəm ki, nəticə məni qane etmir. Lakin, təəssüf ki, geriyə yol yoxdur". 

Qeyd edək ki, hazırda VAR bir çox nüfuzlu yarışda və müxtəlif ölkələrin çempionatlarında tətbiq olunur. 

Oxşar xəbərlər

Ortalıq qarışır - UEFA prezidenti ittiham edir
Çeferin yenidən UEFA prezidenti olacaq
"Məni ram etmək mümkün deyil" - Zlatan İbrahimoviç
FİFA video kömək sisteminin qaydalara daxil olunmasını dəstəklədi
UEFA prezidenti: "Bu ölkədə stadionlar köhnəlib"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər