reklam
UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı -
Sportfm.az xəbər saytı

UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı -"Hadisələrin inkişafını izləməliyik"


UEFA prezidenti Aleksander Çeferin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.

Sportfm.az xəbər verir ki, sloveniyalı funksioner "Sportschau"ya müsahibəsində hələlik situasiyanı diqqətlə izlədiyini bildirib.

"Detalları bilmirik, çünki siyasi təşkilat deyilik. Bir neçə həftə əvvəl başladığından, bu da bizim üçün yenilikdir. Bu, kədərli məsələdir və ümidvaram ki, məsələ sülh yolu ilə həll ediləcək" deyən Çeferin münaqişənin AVRO-2020-nin təşkilinə hansı təsiri göstərəcəyini söyləməkdə çətinlik çəkib: "Nəzəri cəhətdən Avropa çempionatını 12 yox, 11 ölkədə, hətta 1 ölkədə keçirmək mümkündür. İstədiyimizi edə bilərik. Problem ondadır ki, artıq yarış üzərində işləmişik, hər şey hazırdır. İndi nəyisə dəyişsəydik, bu, ciddi səylər tələb edəcəkdi. Hələlik hadisələrin inkişafını izləməliyik".

Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.

Oxşar xəbərlər

Azarkeşlərlə bağlı tələb qoyuldu - AVRO-2020
UEFA prezidentindən açıqlama - AVRO-2020 ilə bağlı
UEFA-dan Avro-2020 açıqlaması - "B planımız yoxdur"
"Avro-2020-nin yalnız bir ölkədə keçirilməsi də mümkündür" - Aleksander Çeferin
Bakı oyunları qəbul etmək hüququnu itirə bilər - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər