reklam
Rusiyalı milyarder Türkiyədə klub alır
Sportfm.az xəbər saytı

Rusiyalı milyarder Türkiyədə klub alır


Rusiyalı milyarder Mixail Prokorov Türkiyə ikinci liqa təmsilçisi “Karşıyaka”ya sahib ola bilər.

Sportfm.az xəbər verir ki, onun klubun sabah keçiriləcək konqresində şirkətləşəcəyi gözlənilən futbol şöbəsinin başına keçəcəyi gözlənilir. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə rus iş adamının klubun futbol şöbəsini ötən bazar günü İzmirə gələn Rumıniya futbolunun əfsanələri, vaxtilə “Qalatasaray”da çıxış etmiş George Haci və George Popeskuya həvalə edəcəyi qeyd edilib. Prokorovun bu addımı atmasına səbəb kimi hər iki keçmiş futbolçunun Türkiyə futboluna yaxından bələd olması göstərilib.
Xatırladaq ki, Prokorovun ümumilikdə 9 milyarda yaxın sərvətin sahibi olduğu deyilir. 52 yaşlı iş adamı 2012-ci ildə Rusiya prezident seçkilərində Vladimir Putinə rəqib olmuşdu. 2.03 metr boya malik olan biznesmenin əsas maraq dairəsi isə basketboldu.

Oxşar xəbərlər

Rusiyalı oliqarx ABŞ-da basketbol klubunu rekord məbləğə satdı
Türkiyəli qapıçı Milana yollanır?
"Milan"a daha bir milyarder tamah saldı
Rusiyalı milyarder Belçika klubunu ala bilər
Roman Abramoviç Türkiyə "bazar"ına maraq göstərir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər