reklam
Rusiyalı oliqarx ABŞ-da basketbol klubunu rekord məbləğə satdı
Sportfm.az xəbər saytı

Rusiyalı oliqarx ABŞ-da basketbol klubunu rekord məbləğə satdı


Rusiyalı mlilyarder-oliqarx Mixail Proxorov ABŞ-da on il əvvəl aldığı və Milli Basketbol Liqasında oynayan "Bruklin Nets" basketbol klubunu rekord məbləğə satıb.

Sportfm.az xəbər verir ki, oliqarx klubun səhmləri üçün 2 milyard 230 milyon dollar alıb. Klubun yeni sahibi isə Çindən olan milyarder Cozef Tsaydır. O, klubun səhmlərinin bir hissəsini hələ ötən il Proxorovdan almışdı, indi isə bütün səhmlərin sahibi olub.

Proxorov "Bruklin Nets" klubunun alqı-satqısından babat qazanıb. Belə ki, 2009-cu ildə o əvvəlcə klubun səhmlərinin 80 faizi üçün 383 milyon dollar ödəyib. Nəhayət 2015-ci ildə klubun sahibi Bryus Ratnerin qalan aktivləri üçün daha 630 milyon dollar verib. Daha sonra hər il klubun saxlanılmasına 30-40 milyon dollar xərcləyb. 2017-ci ilə qədər klub ziyandan gəlirə keçib, son iki ildə isə stabil gəlir gətirib.

Oxşar xəbərlər

Məhşur klubun 25 faizi satıldı - 1,3 milyarda
Ən çox qazanan qadın idmançılar - SİYAHI
Son mövsümdə ən çox gəlir əldə edən klub hansıdır?
Mariya Şarapova ilin ən çox pul ödənilən idmançıları sırasında
Rusiyalı milyarder klubsuz qalacaq!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər