reklam
Azərbaycanlı atletə  Qazaxıstanda vəzifə verildi
Sportfm.az xəbər saytı

Azərbaycanlı atletə Qazaxıstanda vəzifə verildi


Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimova vətəndaşlığını qəbul etdiyi Qazaxıstanda vəzifə verilib.

Sportfm.az xəbər verir ki, idmançı Qazaxıstan Daxili İşlər Nazirliyində fəaliyyətə başlayıb.

Bu ölkənin "Dinamo" İdman Cəmiyyətinin üzvü olan həmyerlimiz leytenant rütbəsini daşıyacaq. Rəhimovun atasının sözlərinə görə, bu, oğluna Qazaxıstanda göstərilən növbəti etimaddı: "Oğlum artıq Qazaxıstan Daxili İşlər Nazirliyinin əməkdaşıdı. Ona bu ölkənin daxili işlər naziri tərəfindən polis rütbəsi və qurumun vəsiqəsi təqdim olunub".

Əli Rəhimovun sözlərinə görə, Qazaxıstan millisi oktyabrda 1 illik diskvalifikasiya olunsa da, yığmada hazırlıq davam edir: "Nicat polisə qəbul olsa da, komanda ilə birgə məşqləri davam etdirir. Hazırda Çimkənddə təlim-məşq toplanışındadılar və Nicat əla formadadı. Komandanın gələn il keçiriləcək Asiya Oyunlarına qatılması planlaşdırılır. Ardınca növbəti yarışlarda mübarizə aparacaqlar".

Nicatın atası idmançının Vətənə qayıdacağı tarixi də açıqlayıb. O bildirib ki, oğlu Nicat Rəhimov həqiqi hərbi xidməti başa vurduqdan sonra Bakıya gələcək: "Nicat dekabrın 15-də evə gəlməlidi. Təxminən həmin tarixdə hərbi bileti alacaq. Yanvarın 5-də isə Qazaxıstana qayıdıb, məşqləri davam edəcək".

Qeyd edək ki, Nicat Rəhimov yığmada ona göstərilən diqqətsizlik səbəbindən Qazaxıstan bayrağı altında çıxış edir.

Oxşar xəbərlər

Ppeşəkar kikboksçumuza vəzifə verildi - Təyinat
Azərbaycanlı idmançının olimpiya medalı əlindən alındı - Ağır cəza
Azərbaycanlı olimpiya çempionu yarışlardan kənarlaşdırıldı - Dopinqə görə
"Azərbaycandan getməyimə peşman deyiləm" - Nicat Rəhimov
Nicat Muxtarovun azadlığa çıxması ilə bağlı xəbərlərə DİN-dən təkzib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər