Nicat Muxtarovun azadlığa çıxması ilə bağlı xəbərlərə DİN-dən təkzib
Daxili İşlər Nazirliyi oğurluğa görə tutulan futbolçu Nicat Muxtarovun sərbəst buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.
Sportfm.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində Nicat Muxtarovun sərbəst buraxılması barədə yayılan informasiyalar həqiqəti əks etdirmir:
"Onun barəsində Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Hazırda Nicat Muxtarov istintaq tərəfindən dindirilir və sonra məhkəmə onun barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq. Nicat Muxtarovun polis İdarəsindən buraxılması barədə yayılan məlumatlar yalandır”.
Oxşar xəbərlər
Millimizin oyunçusu barədə qətimkan tədbiri dəyişdi
Bakıda futbol məşqçisi həbs edildi! - Uşaqlara qarşı seksual zorakılıq etdiyinə görə - ŞOK
Nicat Muxtarovun acı karyerası - Kabel oğrusu olan futbolçu klubsuz qaldı
"Nicat Muxtarov azadlıqdadır, buna sevinirik, amma..." - "Sumqayıt” klubu
Məhməkə Nicat Muxtarov haqqında qərar verdi - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası