"Azərbaycandan getməyimə peşman deyiləm" -Nicat Rəhimov
Qazaxıstan yığma komandasının tərkibində olimpiya çempionu olmuş ağır atlet Nicat Rəhimov bildirib ki, Azərbaycandan getmək qərarı verməyinə peşman deyil.
Sportfm.az xəbər verir ki, onun fikrincə, ölkəmizdə ağır atletika çox zəif inkişaf edib.
“Yeni ildə Bakıda olacağam, yanvarın əvvəlində isə məşq toplanışı üçün Almatıya qayıdacam," - idmançı sports.kz nəşrinə müsahibəsində bildirib.
Sitat: "Qazaxıstan xoşuma gəlir, bütün idmançılar dostluq əlaqələri saxlayır. Qazaxıstan komandasında çıxış etmək qərarı verdiyimə qətiyyən peşman deyiləm.
Məhz burda həyatımın ən böyük uğurunu qazanmşam, çünki Qazaxıstanda dünya səviyyəli mütəxəssislər çalışır. Federasiya idmançıları hərtərəfli dəstəkləyir.
Məşqçilər yığma komandanın bütün üzvlərinə eyni cür baxır, zəif və güclülərə ayırmırlar. Azərbaycanda ağır atletika necə inkişaf edib? Hazırda çox zəif. Buradakı kimi güclü məktəb orada yoxdu”.
Rəhimov Qazaxıstana ilk dəfə 2013-cü ildə atası ilə birlikdə gəldiyini deyib. “Bura gəldim ki, məşqçi Ənvər Türkeleri mənə baxsın. Bir-iki gün məşq etdikdən sonra o mənə dedi ki, 2014-cü ildə toplanışa gəlim.
İlk səfərim vaxtı şam yeməyində Ənvər Türkeleri dedi: “Mən Nicatı olimpiya çempionu edəcəyəm”, bunu hətta videoya da yazdıq. İndiyə qədər saxlayıram”, - idmançı xatırlayıb.
Hazırda Azərbaycan kimi, Qazaxıstan da beynəlxalq turnirlərdən kənarlaşdırılıb. Lakin bu ilin payızında hər iki komanda yarışlarda iştirak etməyə başlayacaq. Nicat 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmağa ümidlidi. (Sportinfo.az)
Oxşar xəbərlər
Azərbaycanlı idmançının olimpiya medalı əlindən alındı - Ağır cəza
Azərbaycanlı olimpiya çempionu yarışlardan kənarlaşdırıldı - Dopinqə görə
13 qat Azərbaycan çempionu dünyasını dəyişdi
"Hamısı mənə deyir ki, “yaxşı etmisən ki, buradan getmisən”" - Olimpiya çempionu Nicat Rəhimov
Nicat Rəhimov: "Məşq bazası pozğunçuluq yuvasına bənzəyir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası