Qurban Qurbanov:"İstəyimiz çox idi"
Sportfm.az saytı xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində baş tutan "Qarabağ" - "Atletiko" (İspaniya) qarşılaşmasından sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxıb:"Rəqibin gücünü bilirdik. istəyimiz çox idi. Bədavinin durumu sabah məlum olacaq. Biz ilboyu 1-2 belə oyunda iştirak edirik, rəqib isə daima belə görüşlərə çıxır. Səhvlərimiz var idi, rəqibə qol vurmaq üçün şans yaratdıq. Dino ilə bu barədə danışmadım. Sadə epizod idi. Məncə, hakim bu epiozodu düzgün dəyərləndirmədi. Həmişə oyuna müəyyən qədər vaxt əlavə olunur. Bədavinin zədələndiyi epizodda müəyyən anlaşılmazlıq oldu. Çünki yan xətt hakimi ofsayd bayrağını qaldırmışdı. Ancaq sonradan gördük ki, hakim həmin epizodda haqlı idi. Düşünürəm ki, belə oyundan sonra bərpa prosesi çətin keçəcək".
Oxşar xəbərlər
"Bu cür sadə qırmızı vərəqəni qəbul etmirəm” - Qurban Qurbanov
Qurban Qurbanov: Coşquna yaxşı elədi qırmızı verdi
Dieqo Simeone:"Rəqibdən belə oyun gözləyirdim"
Qurban Qurbanov:"Rəqib imkan versə..."
Öncə Qurban Qurbanov...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası