reklam
Öncə Qurban Qurbanov...
Sportfm.az xəbər saytı

Öncə Qurban Qurbanov...


Çempionlar Liqasının qrup mərhələsinin üçüncü oyunları çərçivəsində baş tutacaq "Qarabağ" - "Atletiko" (İspaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb.

Sportfm.az xəbər verir ki, oktyabrın 17-də baş məşqçi Qurban Qurbanov saat 13:30-da Bakı Olimpiya Stadionunda media mənsublarının önünə çıxacaq.
Komandanın son məşqi isə saat 19:00-da "Azərsun Arena"da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Atletiko"nun baş məşqçisi isə saat 17:15-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İspaniya təmsilçisinin son məşqi isə saat 18:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
QEYD: "Qarabağ"ın oyunöncəsi son məşqini izləmək istəyən media mənsubları üçün Bakı Olimpiya Stadionundan "Azərsun Arena"ya xüsusi avtobus ayrılacaqdır.

Oxşar xəbərlər

"Sevilya"nın baş məşqçisi azərbaycanlı jurnalistlərin suallarını cavablandıracaq
"Qarabağ" - APOEL matçının mətbuat konfranslarının vaxtı açıqlandı
"Qarabağ" - "Dandolk" oyununun mətbuat konfranslarının vaxtı açıqlandı
Əvvəl Baqa, sonra Qurbanov
"Qarabağ" - "Kukesi" mətbuat konfranslarının vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər