"Turan Tovuz" və "Neftçi" cərimə olundu
Sportfm.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının VIII turunun “Səbail” – “Neftçi” matçının 85-ci dəqiqəsində “Neftçi” klubunun 10 №-li futbolçusu Derlis Meza Kolli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun “Zirə" – “Kəpəz” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
I Divizionun III turunun MOİK – “Şüvəlan” matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun III turunun “Binə” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun III turunun “Turan Tovuz” – “Mil-Muğan” matçında “Turan Tovuz” və "Mil-Muğan" klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 71-ci dəqiqəsində “Mil-Muğan” klubunun 16 №-li futbolçusu Elməddin Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oxşar xəbərlər
Hakimə fiziki təzyiq göstərən "Səbail"in futbolçusu 5 oyun "dincələcək"
AFFA klubları cəzalandırdı
Cəzalı futbolçu meydana çıxdı, klubu cərimə olundu - Azərbaycanda
"Kəpəz" 2400 manat cərimə olundu
Azarkeşləri "Qarabağ"ı ziyana saldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin