reklam
Yığmamız Belçikaya uduzdu
Sportfm.az xəbər saytı

Yığmamız Belçikaya uduzdu


Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa çempionatında ilk dəfə məğlub olub.
Sportfm.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığma turnirin C qrupunda Belçika ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında keçirilən görüş Belçika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb - 25:19, 25:22, 25:23.

Bu nəticədən sonra Azərbaycan millisi 8 xalla qrupda 3-cü pilləyə geriləyib. Belçika 11 xalla liderliyə yüksəlib. 8 xalı olan Niderland isə ikinci sırada qərarlaşıb. Portuqaliyanın 3, Rumıniyanın 2, İspaniyanın isə 1 xalı var.

Qeyd edək ki, qrup oyunları avqustun 28-dək Bakıda keçiriləcək.

Oxşar xəbərlər

Millimiz Belçikaya qarşı - AVRO-2026
Millimiz İspaniyaya qarşı - Avropa Çempionatı
Bakıda Belçika İspaniyanı, Niderland Rumıniyanı məğlub etdi - AVRO-2026
Milli komandamız Bakıda qələbə qazandı
Azərbaycan millisi Belçikaya uduzdu - AVRO-2024

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər