reklam
Cəzalı futbolçu meydana çıxdı, klubu cərimə olundu -
Sportfm.az xəbər saytı

Cəzalı futbolçu meydana çıxdı, klubu cərimə olundu -Azərbaycanda


Sportfm.az xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Keşlə” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).

I Divizionun XVIII turunun “Turan Tovuz” – “Zaqatala” matçının 90-cı dəqiqəsində “Zaqatala” klubunun 9 №-li futbolçusu Osman Qurbanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XVIII turunun MOİK – “Binə” matçında MOİK komandasının heyətində cəzalı futbolçu iştirak edib. Bu səbəbdən kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Eyni zamanda,  klub 400 manat cərimə olunur (maddə 51).

I Divizionun XVIII turunun “Mil-Muğan” – “Sabah” matçında “Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

Oxşar xəbərlər

"Səbail" texniki məğlubiyyət aldı
Tanrıverdi özünü saxlaya bilmədi, ziyana düşdü
"Kəpəz" 2400 manat cərimə olundu
"Turan Tovuz" və "Neftçi" cərimə olundu
Azarkeşləri "Qarabağ"ı ziyana saldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər