

Hakimə fiziki təzyiq göstərən "Səbail"in futbolçusu 5 oyun "dincələcək"
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda I Divizionun IX turunun “Zirə-2” – “Kəpəz” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 45+1-ci dəqiqəsində “Kəpəz” klubunun 18 №-li futbolçusu Fərid Bayramov ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun IX turunun “Turan Tovuz” – “Keşlə-2” matçında “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun IX turunun “Qarabağ-2” – MOİK matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun IX turunun “Ağsu” – “Neftçi-2” matçında “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun IX turunun “Səbail-2” – “Zaqatala” matçının 55-ci dəqiqəsində “Səbail-2” klubunun 96 №-li futbolçusu Murad Məmmədov qırmızı vərəqə aldıqdan sonra meydanı tərk edərkən hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə futbolçu 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.5).
Oxşar xəbərlər
AFFA klubları cəzalandırdı
"Səbail" texniki məğlubiyyət aldı
"Kəpəz" 2400 manat cərimə olundu
"Turan Tovuz" və "Neftçi" cərimə olundu
Azarkeşləri "Qarabağ"ı ziyana saldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt" Yankoviçi aldı, "Şamaxı" Rikardonu heyətinə qatdı - Transferlər
-
"Kəpəz" milli üzvünü transfer etdi - FOTO
-
"Qarabağ" Krisi transfer etdi - 6 nömrəli formanı daşıyacaq
-
Azərbaycan 1-ci Liqasının başlama tarixi bilindi
-
Atası idmançı qızını güllələdi - Olay
-
“Turan Tovuz”da ayrılıq - Onu da göndərdiər