reklam
Cavab matçı rumıniyalılara tapşırıldı -
Sportfm.az xəbər saytı

Cavab matçı rumıniyalılara tapşırıldı -TƏYİNAT


UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək “Sabah” – “Hapoel” (Beer Şeva) matçının təyinatları açıqlanıb.

Sportfm.az xəbər verir ki, oyunu Rumıniyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Matçın baş hakimi İstvan Kovaç olacaq. Ona yan xətlərdə Mixay Marika və Ferents Tunyodi köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Sabolç Kovaç yerinə yetirəcək. VAR-da almaniyalı Bastyan Dankert, AVAR-da isə Katalin Popa əyləşəcək.

“Sabah” – “Hapoel” qarşılaşması avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək. Komandalar arasında baş tutan ilk oyun İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

ÇL-in matçının biletləri satışda
“Qarabağ”ın “Dinamo” ilə oyunlarına hakim təyinatları - Konfrans Liqası
Klublarımızın cavab matçlarının təyinatları
“Qarabağ” – “Ayntraxt” matçının təyinatları bilindi - Çempionlar Liqası
“Qarabağ” – “Ayaks” matçının hakimləri bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər