reklam
Azərbaycan İsveçrədə 14 cüdoçu təmsil edəcək -
Sportfm.az xəbər saytı

Azərbaycan İsveçrədə 14 cüdoçu təmsil edəcək -Böyük Dəbilqə


28–30 avqust tarixlərində İsveçrənin Lozanna şəhərində cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək.

Sportfm.az xəbər verir ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 9 çəki dərəcəsində 14 idmançı (10 kişi, 4 qadın) ilə mübarizə aparacaq.

Kollektivə kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov, Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif rəhbərlik edəcəklər.

Üç gün davam edəcək turnirdə 78 ölkədən 518 cüdoçu (309 kişi, 209 qadın) tatamiyə çıxacaq.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

Azərbaycan millisinin heyəti isə belədir:

Qadınlar

-52 kq

Gültac Məmmədəliyeva

Leyla Əliyeva

-70 kq

Südabə Ağayeva

+78 kq

Madina Kaisinova

Kişilər

-60 kq

Əhməd Yusifov

-66 kq

Turan Bayramov

Ruslan Paşayev

-73 kq

Kamran Süleymanov

Rəşid Məmmədəliyev

-81 kq

Ömər Rəcəbli

Vüsal Qələndərzadə

-90 kq

Vüqar Talıbov

+100 kq

Kənan Nəsibov

Uşanqi Kokauri

Oxşar xəbərlər

Hidayət Heydərov başqa çəkidə yarışacaq - Qran Pri
Monqolustana 17 cüdoçu ilə...
Cüdo yığmamız Tiflisə AÇ-yə yola düşdü - HEYƏT
Cüdoçularımız “Böyük Dəbilqə” turnirində iştirak edəcək
"Böyük Dəbilqə"də iştirak edəcək cüdoçularımız açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər