Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Onu həbs edə bilərlər -HADİSƏ
İngiltərə millisinin keçmiş hücumçusu Raheem Sterlinq maşını təhlükəli idarə etdiyi üçün iki ilə qədər azadlıqdan məhrum edilə bilər.
Sportfm.az xəbər verir ki, 31 yaşlı futbolçunun sentyabrın 15-də Beyzinqstok məhkəməsi qarşısına çıxacağı gözlənilir.
Hempşir qraflığının polis nümayəndəsinin verdiyi məlumata görə, Sterlinq avtomagistralda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məhkəmədə cavab verəcək.
Qeyd edək ki, Sterlinqin son klubu Niderlandın "Feyenoord" komandası olub. O, karyerası ərzində "Liverpul", "Mançester Siti", "Çelsi" və "Arsenal"ın şərəfini qoruyub, "Siti"nin heyətində 4 dəfə Premyer Liqa çempionu olub. İngiltərə millisinin heyətində keçirdiyi 82 oyunda 20 qola imza atan təcrübəli hücumçu Avro-2020-nin gümüş mükafatçısıdır.

Oxşar xəbərlər
Ulduz futbolçu narkotikə görə saxlanıldı - HADİSƏ
Rahimin yeni klubu məlum oldu
2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi
Sterlinq "Çelsi"də - RƏSMİ
“Mançester Siti”dən 32 milyon avroluq transfer
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası